Ödənişli Yolun WhatsApp Qaynar Xətti İstifadəyə Verildi
-
Ödənişli yol istifadəçiləri üçün daha rahat və operativ ünsiyyət imkanlarının yaradılması məqsədilə WhatsApp qaynar xətti fəaliyyətə başlamışdır.
Vətəndaşlar *+994 50 286 42 29* nömrəsi vasitəsilə WhatsApp üzərindən ödənişli yolun fəaliyyəti ilə bağlı suallarını ünvanlaya, rəy və təkliflərini bildirə bilərlər. Bu xidmət istifadəçilərin operativ məlumatlandırılmasını təmin edərək, yol infrastrukturu ilə bağlı müraciətlərin daha sürətli və səmərəli şəkildə həllinə töhfə verəcəkdir.
Rahat yol, sürətli keçid!